Robot yol polisi sınaqdan keçirildi - 20 kq-dır

Pekin yol polisi sürətli şosedə qanunsuz parklanma və təcili xidmətlər üçün zolaqla sürmə kimi yol hərəkəti qaydalarının pozulmasının müəyyənləşdirilməsi üçün nəzərdə tutulan patrul robotunu sınaqdan keçirib. Qurğu Pekinin “Şoudu” Beynəlxalq Aeroportuna aparan sürətli avtomobil yolunda test edilib. Çamadan ölçüsündə və çəkisi 20 kiloqrama yaxın robot ayırıcı xətdə fəaliyyət göstərib. Pekin Yol Hərəkətinin Tənzimlənməsi İdarəsindən verilən məlumata görə, o, batareyası enerji ilə tam doldurulmaqla 5-8 saat işləyə bilir.
Məlumata görə, robot polis qanunsuz parklanmanın və təcili xidmətlər üçün zolaqla sürmənin foto və video çəkilişlərini apararaq onları polisə göndərir. Bundan başqa, yol-nəqliyyat hadisələrinə görə yolda tıxacın yaranması zamanı robot qəza yerinə tez gələrək fotoşəkilləri polisə yollayır. O, həmçinin nəqliyyat vasitələrinə yolda tıxaclar yarandıqda, yol-nəqliyyat hadisəsi baş verdikdə, yol təmiri işləri aparıldıqda və pis hava şəraitində səsli xəbərdarlıq göndərə bilir.
Pekin yol polisi belə robotlardan yol hərəkəti qaydalarının pozulması ilə mübarizəni sərtləşdirmək və yolda təhlükəsizliyi təmin etmək məqsədilə digər sürətli şoselərdə də tətbiqini planlaşdırır.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












