Yol polisi rayona istirahətə gedən müəllim, şagird və valideynlərə çağırış etdi - VİDEO

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüylə bağlı paytaxtda keçirilən tədbirdə Baş Dövlət Yol Polisi İdarəsi yayda rayonlara kollektiv şəkildə səfərlər edən müəllim, valideyn və şagirdlərə çağırış edib. Avtosfer.az xəbər verir ki, İdarənin şöbə rəisi polis mayoru Rövşən Tağıyev bildirib ki, yay mövsümü ilə əlaqədar şagirdlərin qrup şəklində səfərləri təşkil olunur. Lakin bu səfərlər intizamsız şəkildə həyata keçirildiyi üçün yol-nəqliyyat hadisələri baş verir.
Ötən il bölgələrdə bu istiqamətdə baş vermiş yol-nəqliyyat hadisələrinə əsasən, yol polisi müəllimlərə və valideynlərə müraciət edərək təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edib.
Rövşən Tağıyev uşaqlara, valideynlərə və müəllimlərə səslənərək vurğulayıb ki, səfərlərinin təhlükəsiz və rahat şəkildə həyata keçməsi üçün yol polisinə müraciət etsinlər.
Nərmin
Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Yolun hərəkət hissəsinə çıxmayın - DYP-dən piyadalara ÇAĞIRIŞ - VİDEO
"Avtoş"lar, sərxoşlar və digər qayda pozan sürücülər cəzalandırıldı - Nəsimidə reyd - FOTO - VİDEO
"Bu, sürücülərin əsas vəzifəsidir" - Yol polisindən xəbərdarlıq
Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq - DYP alternativ yolu açıqladı - FOTO
DYP duman faralarından düzgün istifadə etməyən sürücüləri aşkarladı - VİDEO










