Sabah bu yollar müvəqqəti olaraq bağlanacaq - SİYAHI

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Avtosfer.az xəbər verir ki, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.
Yürüşlər 5 marşrut üzrə saat 10:00-dan 12:00-dək təşkil ediləcək:
-Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “Amay” Ticarət Mərkəzi;
-Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;
-Yasamal parkı - Ə.Haqverdiyev küçəsi - H.Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;
-“Olimpik Star” İdman və Əyləncə mərkəzi - S.Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - H.Əliyev sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospekti;
-N.Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – H.Əliyev sarayı – Mərkəzi Bank – “28 Mall” Ticarət Mərkəzi;
Sürücülərdən yürüşün keçirildiyi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində qismən fasilələr yaranacağını nəzərə almalarını xahiş edirik. Qeyd edək ki, yürüşün marşrutlar üzrə hərəkəti yol-patrul xidməti əməkdaşları tərəfindən tənzimlənəcək.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












