Sabiq polis rəisinə 200 min "atan" qadına 11 İL HƏBS TƏLƏBİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aygün Babaşovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı baş çatıb və çıxışlar mərhələsinə keçirilib. Dövlət ittihamçısı çıxışı zamanı Aygün Babaşovanın 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkən şəxslər prokurorun çıxışı ilə razı olublar. Onlar həmçinin dəymiş ziyanın da ödənilməsini istəyiblər. Təqsirləndirilən şəxsin vəkili müdafiə etdiyini şəxsə bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmə təqsirləndirilən şəxsə son söz deməyi təklif edib. O, son söz üçün məhkəmədən vaxt istəyib.
Qeyd edək ki, ittiham aktına əsasən, A.Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq. Zərərçəkənlərdən Məhəmməd Məhəmmədov Şəkidə 25 il Dövlət Yol Polisi Bölməsinin rəisi çalışıb. Aygün Babaşova biznes qurmaq adı ilə onun 200 min manatını alaraq dələduzluq edib. A.Babaşova Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












