Avtosfer.az | Reklam
Sabunçu DYPŞ "Diqqət uşaqlar" aylığı çərçivəsində tədbirləri gücləndirib - VİDEO - FOTO
Yol polisi 15 Sentyabr 2020 14:30 Oxunub 712
Sabunçu DYPŞ "Diqqət uşaqlar" aylığı çərçivəsində tədbirləri gücləndirib  - VİDEO - FOTO

Yol polisi tərəfindən “Diqqət uşaqlar” adı altında təhlükəsizlik aylığı çərçivəsində yeni dərs ilinin başlaması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilir. Avtosfer.az xəbər verir ki, Sabunçu rayonu Dövlət Yol Polisi şöbəsinin əməkdaşları rayon ərazisində küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olma ehtimalını nəzərə alaraq məktəblərdə və məktəbəqədər müəssisələrdə təhsil alanların təhlükəsizliyinin təmin edilməsi, onların həyat və sağlamlıqlarının qorunması üçün mühüm işlər həyata keçirir. Belə ki, DYP əməkdaşları tərəfindən təhsil ocaqlarının qarşısında təhlüksəzilyin təmin edilməsi, azyaşlıların iştirakı ilə baş verən yol qəzalarının qarşısının alınması və bu hadisələrin başvermə səbəblərinin aradan qaldırılması  məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün çatışmayan yol nişanlarının qoyulması, yararsız nişanların yenilənməsi, həmçinin nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçirilir.
Eyni zamanda valideynlər, məktəblilər və müəllimlərlə profilaktik söhbətlər aparılır. 
Məktəblərin qarşısında dayanma-durma qaydalarını pozan sürücülərlə maarifləndirici söhbətlər aparılır, eyni zamanda ikinci sırada park edən, yol nişanlarının qarşısını kəsən sürücülərə inzibati qaydada protokol tərtib olunur. Bu cür tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh