Sabunçu yol polisi məktəblərin açılması ilə bağlı tədbirlər keçirib - FOTO - VİDEO
Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları məktəblərdə əyani tədrisin başlaması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirir.
Bu gün Avtosfer.az-la birlikdə rayon ərazisində yerləşən, daha çox yol kənarlarında olan məktəblərdə maarifləndirmə işləri aparılıb.
Əsas məqsəd təhsil ocaqlarının qarşısında təhlüksəzilyin təmin edilməsi, azyaşlıların iştirakı ilə baş verən yol qəzalarının qarşısının alınması və bu hadisələrin başvermə səbəblərinin aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün çatışmayan yol nişanlarının qoyulması, yararsız nişanların yenilənməsi, həmçinin nişanlanma xətlərinin çəkilməsi olub. Eyni zamanda məktəblərin qarşısında dayanma-durma qaydalarını pozan sürücülərlə maarifləndirici söhbətlər aparılıb.
Rayon yol polisi şöbəsinin əməkdaşları həmçinin məktəblərin önünə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış xüsusi maarifləndirici plakatlar vurub.
Qeyd edək ki, lövhələrdə şagirdlərin nəzarətsiz buraxılması, piyada keçidlərindən istifadə edilməsi, dərslərdə şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat verilməsi, karantin qaydalarına riayət olunması öz əksini tapıb.
Orxan
Moped sürücülərinin diqqətinə: Sürücülük vəsiqəsi üçün bunları etməlisiz – DYP-dən AÇIQLAMA - VİDEO
DYP Bakı avtovağzalında maarifləndirici görüş keçirdi - VİDEO
Bayram sevinciniz faciəyə çevrilməsin – DİN-dən ÇAĞIRIŞ - FOTO - VİDEO
Uzun yola çıxanlar stasionar postlarda istirahət edə bilərlər – DYP-dən ÇAĞIRIŞ - VİDEO
Bayram günlərində rayona gedənlərin diqqətinə! - FOTO - VİDEO
Polis Qarabağa gedənlərə xəbərdarlıq etdi - Bunları aparmaq olmaz - VİDEO
Bayram günlərində DYP gücləndirilmiş rejimdə xidmət edəcək - VİDEO
DYP tərəfindən avtovağzalda maarifləndirici görüş keçirildi - VİDEO
Balakəndə avtoxuliqan sürücü saxlanıldı – 23 sutka həbs edildi - FOTO
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO










