DYP Sabunçuda avtomobilləri yoxladı; cərimələr yazıldı, sürücülərə təşəkkür edildi - VİDEO

Yol polisi 23 May 2024 14:26 Oxunub 746
DYP Sabunçuda avtomobilləri yoxladı;  cərimələr yazıldı, sürücülərə təşəkkür edildi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları "Təmiz hava" aylığı ilə bağlı maarifləndirici aksiya keçirib. 

Avtosfer.az xəbər verir ki, tədbir zamanı avtomobillərdən atmosferə atılan qazların miqdarı yoxlanılıb.

Havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə həm sağlamlıqlarının, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlamaları ilə bağlı maarifləndirici tövsiyələr verilib. Avtomobilləri saz vəziyyətdə olan sürücülərə isə təşəkkür edilib.

Zərərli qazların miqdarı normadan artıq olan nəqliyyat vasitələrinin sürücülərinə inzibati qaydada protokol tərtib olunub. Bəzi sürücülərə xəbərdarlıq edilib.

Orxan Əli 

 

 

 

 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh