Sabunçuda yol polisi ətraf mühiti çirkləndirən avtomobil idarəçilərini cərimələdi - VİDEO

Bu gün Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində profilaktiki tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak edib.
Yol polisləri onlarla nəqliyyat vasitəsindən ixrac olunan zəhərli qazların miqdarını yoxlayarkən bəzi sürücülərin qaydaları kobud şəkildə pozduğu ortaya çıxıb. Onların barəsində inzibati qaydada cərimə tətbiq edilib. Zəhərli qazların miqdarı normadan bir az artıq olan sürücülərə nəqliyyat vasitəsinin sazlığını daim diqqətdə saxlamaqla əlaqədar xəbərdarlıq olundu.

Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli nəqliyyat vasitələrini saz vəziyyətdə saxlayan sürücülərlə maarifləndirici söhbət aparıb və onlara təşəkkür edib. Qeyd olunub ki, ətraf mühitin qorunması hər kəsin borcudur, sürücülər mütləq şəkildə idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.
Səfər
Qar yağacaq, yollarda təhlükə yaranacaq - DYP XƏBƏRDARLIQ ETDİ - VİDEO
Xətt yoxdur, cərimə var? - RƏSMİ CAVAB - VİDEO
Polis “Şamaxinka”da tıxac problemini bu cür həll etdi - Yeni svetoforlar - VİDEO
"Mərkəz Binəqədi" ərazisindəki nəqliyyat xaosuna RƏSMİ MÜNASİBƏT - VİDEO
Yol polisi küləyə və yağışa görə sürücülərə xəbərdarlıq etdi - DİQQƏT
Robot yol polisləri fəaliyyətə başladı - FOTO - VİDEO
"Yağıntılı və dumanlı hava gözlənilir" - DYP-dən VACİB AÇIQLAMA
Azərbaycanda yol qəzalarında ölənlərin sayı azaldı - DYP-dən AÇIQLAMA
Sürücülərin çoxu bunu bilmir - DYP təkərlərlə bağlı tələbləri açıqladı - FOTO
Polis təhlükə yaradan piyadalara qarşı tədbir keçirdi - FOTO - VİDEO
Abşeron polisi gecə reydi keçirdi; narkomanlar, “avtoş”lar və axtarışda olanlar saxlanıldı - FOTO - VİDEO











