Sabunçuda yol polisi reydlərə başladı: sürücü və piyadalar cərimələndi - VİDEO-FOTO

Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi, sürücü və piyadaların maarifləndirilməsi üçün təbliğat işlərinə start verilib. Avtosfer.az xəbər verir ki, bu gün DYPŞ əməkdaşları rayonun intensiv hərəkət olan küçələrində təbliğat xarakterli reyd keçirib. Reyd zamanı əsas diqqət dayanma-durma qaydalarını kobud şəkildə pozan sürücülərə və keçiddən istifdə etməyən piyadalara yönəlib.
Avtomobili qadağan olunmuş yerlərdə saxlayan sürücülərlə maarifləndirici söhbətlər aparan yol polisi əməkdaşları bu cür xətanın digər hərəkət iştirakçılarına təhlükə yaratdığını, yolda hərəkət intensivliyinə təsir etdiyini qeyd ediblər. Bildirilib ki, parklanmanın qadağan olunduğu ərazilərə nəzarət daha da gücləndiriləcək, qayda pozan sürücülər cərimə ediləcəklər.
Piyadaların yol hərəkəti qaydalarını pozması nəticəsində yaranan təhlükəli halları aşkar edən DYP əməkdaşları bir neçə piyada barəsində inzibati tənbeh tədbiri seçməli olub. Çünki həmin piyadalar kobud qayda pozduqlarını etiraf etsə də, özlərini haqlı çıxarmağa çalışıblar. Hətta piyadalardan biri polis əməkdaşlarının yanında keçiddən istifadə etməməsini belə izah edib ki, reyd olduğunu bilməyib: “Sizi gördüm, amma reyd olduğunu bilmirdim”.
Başqa bir piyada isə yerüstü keçiddən istifadə etməməsini səhhətindəki problemlə əlaqələndirib.
Reyd zamanı keçiddən istifadə etməyən idman müəllimi də saxlanılıb. Başqalarına yaxşı nümunə olmaq əvəzinə keçidin düz 30 metrliyindən keçən həmin piyadaya cərimə yazılıb.
Reyd zamanı moped sürücüləri də saxlanılıb. Onlardan biri dəbilqəsiz halda moped sürdüyü üçün cərimə edilib. Dəbilqəsiz halda sərnişin qismində mopedə əyləşən şəxsə isə xəbərdarlıq olunub.
Yol polisləri daha sonra Zabrat qəsbəsində məşhur “Ayxan” marketin və Sabunçu bazarının qarşısında da reyd keçiriblər. Qayda pozan sürücülər cəzalandırılıb, nəqliyyatın intensiv hərəkəti təmin olunub.
Sabunçu körpüsünün yanındakı yerüstü keçidin altında yerləşən avtobus dayanacağının yeri dəyişdirilsə də, avtobuslar yenə də darısqal hissədə dayanaraq sərnişinləri mindirib düşürür. Üstəlik, həmin ərazidə taksilər xaotik vəziyyət yaradır. Yol polisinin müdaxiləsindən sonra vəziyyət nəzarətə götürüldü. Avtobuslar dayanacaqda dayandı. Lakin polislər gedən kimi yenidən xaos yarandığı üçün Sabunçu DYP Şöbəsinin əməkdaşları ərazini daim nəzarətdə saxlayacaqlarını bildirdilər.
Tədbirlər davam edir.
Yunis
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
























