Şamaxı yolunu palçıq bürüdü - DYP və ağır texnikalar problemi həll etdi - VİDEO

Ölkə ərazisində ötən gündən başlayan yağışlı hava bölgələrdə fəsadlara səbəb olub.
Avtosfer.az xəbər verir ki, bəzi rayonlarda güclü yağışlar səbəbilə yollarda hərəkət çətinləşib. Bununla əlaqədar yol polisi əməkdaşları nəqliyyatın hərəkətini, eləcə də yollarda təhlükəsizliyin təmini məqsədilə tədbirlər görməkdə davam edir.
Analoji hal Bakı-Şamaxı-Yevlax yolunda dayaşanıb. Aramsız yağışlar səbəbilə yaranan sel yolu palçığa bürüyüb, keçilməz hala salıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, güclü yağış səbəbindən gələn sel Bakı-Şamaxı-Yevlax yolunun 78-ci kilometrliyində avtomobillərin hərəkətində müəyyən maneə yaradıb. Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yol daş və qumdan təmizləndikdən sonra hərəkətin axını əvvəlki qaydada bərpa edilib.
Səfər
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










