Səbaildə tıxac yaradan sürücülər və keçiddən keçməyən piyadalar cərimələndi - VİDEO-FOTO
Yol polisi
21 Oktyabr 2022 18:23
Oxunub 3370

Bu gün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində maarifləndirici tədbirlər keçiriblər. Rayon ərazisində daha çox sıxlığın olduğu məktəblərin ətrafında dayanma-durma qaydalarını pozan sürücülərlə söhbətlər aparılıb.
DYP əməkdaşları yolu təyin olunmayan yerdən keçərək təhlükə yaradan piyadalarla da söhbətlər aparıb. Onlara bunun təhlükəli olduğu izah olunub, eyni zamanda qanunvericiliyin tələbləri barədə məlumat verilib.
Tədbir çərçivəsində qaydalara əməl etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik işlər aparılıb.
Orxan Əli
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR






















