Səbaildə yol polisi məktəbləri nəzarətə götürdü: qayda pozan piyadalar cərimələndi - VİDEO

Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin təşəbüsü ilə rayon ərazisində yerləşən məktəblərin qarşısındakı piyada keçidləri yenilənib.
Şagirdlərin təhlükəsizliyi üçün bu addımı atan yol polisinə məktəb rəhbərləri təşəkkür edib. 162 saylı tam orta məktəbin direktoru Arzu Nəzərova Avtosfer.az vasitəsilə yol polislərinə təşəkkür edib: “Məktəbə gələn şagirlərimiz və valideyinlərimiz yolu keçərkən çətinlik çəkirdi. Səbail rayonu İcra Hakimiyyətinə, Səbail rayon Polis İdarəsinə və Səbail rayonu DYP Şöbəsinin rəisinə təşəkkür edirəm. Çox sağolsunlar ki, sentyabrın 15-i məktəblərin açılışına görə şagirdlərin təhlükəsizliyini fikirləşərək belə bir addım atırlar”.
Qeyd edək ki, Səbail rayon DYP Şöbəsinin əməkdaşları rayonun bəzi ərzilərində maarifləndirici tədbirlər keçiriblər. Tədbirin məqsədi piyadaları keçiddən düzgün istifadə etməklə bağlı məlumatlandırmaq olub.
Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı keçidlərdən istifadə etməyən piyadalarla marifləndirici söhbətlər aparılıb.
Ərazidə yeraltı piyada keçidləri olmasına baxmayaraq qadağan olunan yerlərdən keçib həyatını təhlükə altına atan piyadaların diqqətinə çatdırılıb ki, keçidlər onlar üçün nəzərdə tutulub. Keçiddən istifadə etmədikdə özləri ilə yanaşı sürücüləri də təhlükəyə atırlar.
Nurlan Sakitoğlu
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi










