"Səfərə çıxan sürücülər, DİQQƏTLİ OLUN!" - DYP-dən HAVA XƏBƏRDARLIĞI

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz havada yollarda yarana biləcək təhlükə ilə bağlı xəbərdarlıq edib.
Avtosfer.az xəbər verir ki, xəbərdarlıqda əlverişsiz hava ilə bağlı sürücülərə nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək tövsiyə edilib.
Bildirilib ki, BDYPİ əlverişsiz hava şərtlərinin yol hərəkəti təhlükəsizliyinə təsirini, o cümlədən gecə və səhər saatlarında küləktutan, eləcə də dağlıq ərazilərdə yolların buz bağlama ehtimalını, bununla yanaşı həftə sonu magistral yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə daha diqqətli olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edir.
"Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaratdığını nəzərə alaraq, onlardan yol hərəkəti qaydalarına ciddi riayət etmələri, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinmələri xahiş olunur", - xəbərdarlıqda qeyd olunub.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












