Şəmkirdə polis zabitinin FİLM KİMİ İNTİHARI - TƏFƏRRÜAT

Şəmkir sakini odlu silahla özünə qəsd edib. Avtosfer.az-ın DİN-in saytına istinadən məlumatına görə, avqustun 12-də Şəmkir şəhərində yaşayan Qafqaz İsgəndərov həyətində odlu silahdan açdığı atəşlə özünü öldürüb. Şəmkir RPŞ əməkdaşları tərəfindən hadisə yerindən nömrəsi silinmiş “Revolver” tipli tapança, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.
Şəmkir sakininin odlu silahla intihar etməsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, avqustun 12-də Şəmkir şəhərində intihar edən 1959-cu il təvəllüdlü Qafqaz İsgəndərov uzun müddət Rusiya polis orqanlarında çalışıb. O, özünü öldürdüyü tapançanı Rusiyadan gətirib. Qafqaz İsgəndərov bir müddət əvvəl həyat yoldaşından boşanıb. Şəmkirdə ata evində qardaşı ilə qonşuluqda yaşayan Q. İsgəndərov uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkirmiş. O uzun müddətdir yalnız və özünə qapanıq şəkildə yaşayırmış. Q.İsgəndərov hadisə günü qardaşı ilə bazara gedib. Bu gün atasının ölümünün il dönümü olduğuna görə qardaşlar yas üçün alış-veriş ediblər. Evə qayıtdıqdan sonra Q.İsgəndərov qardaşına deyib ki, çimib onun evinə keçəcək. Hamamdan çıxdıqdan sonra isə Rusiyadan özü ilə gətirdiyi köhnə model tapança ilə başına atəş açaraq özünə qəsd edib.
Faktla bağlı araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












