Sərxoş polis YPX maşınını vurdu - Bəs kim ört-basdır etdi?
Yol polisi
24 Yanvar 2016 23:39

Qəzanı törədən şəxsin də polis olması hadisənin ört-basdır edilməsinə səbəb olub
Şabran rayonunda Yol Patrul Xidmətinə məxsus 90 YP 182 dövlət nömrə nişanlı xidməti avtomobil qəzaya uğrayıb. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobil polis maşınına arxadan çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Məlumata görə, “Mercedes”in sürücüsü Fərid adlı polis əməkdaşı (Şabran rayonunda bazarda xidmət aparır – red.) olub və o, içkili olduğu üçün qəza törədib. Qəzanı törədən şəxsin də polis olması hadisənin ört-basdır edilməsinə səbəb olub. DYP-nin Yol Patrul Xidmətinin əməkdaşları qəza törədən şəxsi avtomobilə dəyən ziyanı aradan qaldırmaq üçün cərimə meydançasına aparıblar və ondan təmir etməsi tələb olunub. Avtomobil cərimə meydançasına aparılıb və təmir üçün usta çağırılıb.
Oxunub : 3610
DİGƏR XƏBƏRLƏR
6 Sentyabr 2026 11:13
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
4 Sentyabr 2026 19:00
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
4 Sentyabr 2026 13:36
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
3 Sentyabr 2026 16:54
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
3 Sentyabr 2026 10:06
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
3 Sentyabr 2026 09:30
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
2 Sentyabr 2026 13:30
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
2 Sentyabr 2026 13:11
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
1 Sentyabr 2026 15:18
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
31 Avqust 2026 11:14
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
30 Avqust 2026 18:09
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...
29 Avqust 2026 09:45
DYP-dən sürücülərə ÇAĞIRIŞ
ŞƏRH YAZ










