Seyidovun işdən çıxardığı rəisə Usubov yüksək vəzifə verdi

Daxili işlər naziri Ramil Usubov polis general-mayoru Mirqafar Seyidovun Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat almasından sonra işdən çıxardığı yüksək rütbəli polis əməkdaşlarından bəzilərinə vəzifə verib.
Avtosfer.az aznews.az-a istinadən bildirir ki, onlardan biri daxili işlər orqanlarında təcrübəli şəxslərdən hesab olunan BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin sabiq rəisi, polkovnik Əli Hacıyevdir. O, nazirliyin Daxili Təhqiqatlar İdarəsinin rəis müavini vəzifəsinə gətirilib.
Bildirilir ki, idarənin sabiq rəisi, rəisi general-mayor Rasim Musayevin qəfildən dünyasını dəyişməsindən sonra R.Usubov rəis vəzifəsinin müvəqqəti icrasını Əli Hacıyevə tapşırıb.
Sumqayıt Şəhər Polis İdarəsinin keçmiş rəisi, polis general-mayoru Sahib Mirzəyevin idarəyə rəis təyin oıunmasından sonra isə Ə.Hacıyev də nazirin əmri ilə idarə rəisinin müavini vəzifəsinə keçirilib.
Xatırladaq ki, Mirqafar Seyidovun Ə.Hacıyevlə birlikdə işdən çıxardığı 9 yüksək rütbəli şəxslə bağlı nazirliyin rəsmi məlumatında onların işlərində yol verdikləri ciddi nöqsanlara görə işdən azad edildikləri qeyd olunmuşdu. İşdən çıxarılanlar arasında Kadrlar İdarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev və rəis müavini Mövsüm Qurbanov, Katibliyin rəisi Namiq Aslanov, Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov da var idi.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












