Siqaret kötüyünə görə iki polisi öldürmək istədilər - Bakıda

Bakı Apellyasiya Məhkəməsində iki polis əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən ismət Bəkirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, tərəflər dinlənilib. Məhkəmə prosesi sentyabrın 6-da davam edəcək. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmət Bəkirov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Sədərək" ticarət mərkəzində qapıçı işləyən, əvvəllər məhkum olunmuş İsmət Bəkirovun qadağan edilmiş ərazidə siqaret çəkib yerə atması səbəbindən həmin vaxt orada xidməti vəzifələrini icra edən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə şöbəsinin polis nəfərləri Şaiq Ağayev və Vüqar Qəmbərov ona yaxınlaşaraq bu barədə iradlarını bildirib. İsmət Bəkirov iraddan qəzəblənərək üstündə gəzdirdiyi bıçaqla V.Qəmbərovun bel nahiyəsindən, Ş.Ağayevin isə qarın boşluğundan daxilə nüfuz edən xəsarətlər yetirməklə onları qəsdən öldürməyə cəhd edib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













