Banner

Şöbə rəisi radara düşməməyin yeganə yolunu açıqladı

Yol polisi 22 Oktyabr 2014 23:07 Oxunub 3112
Şöbə rəisi radara düşməməyin yeganə yolunu açıqladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: «Sürət həddinin aşılması ilə bağlı ağır qəzalar 44%-dən 28-29%-ə enib»

 

 

«Sürət həddini yalnız operativ nəqliyyat vasitələrini idarə edən şəxslər aşa bilər»

 

Milli Məclisin sonuncu toplantısında bəzi millət vəkillərinin radarlarla bağlı öz narazılıqlarını dilə gətirməsi əslində sadə vətəndaşlar üçün daha aktual olan bu problemi yenidən gündəmə daşıyıb. Radarlar nəticəsində böyük cərimələrlə üz-üzə qaldıqlarını bildirən millət vəkilləri bu cərimələrlə bağlı bir çoxlarına fantastik görünəcək rəqəmlər səsləndirib.

Məlumat üçün qeyd edək ki, radarlarla bağılə sıradan insanların ən çox şikayətləndiyi məsələlərdən biri yollarda radarların həddindən çox tətbiqi, habelə əksər hallarda bu radarların avtomobili yüksək sürətlə idarə etməyin mümkün olduğu magistral yollarda quraşdırılması ilə bağlıdır. Vətəndaşların bir çoxu hesab edir ki, ölkə yollarının əksəriyyətində avtomobillərin idarə edilməsi ilə bağlı minimal sürət müəyyənləşdirilib ki, bu da qayda pozuntularını zəruri edir.

Moderator.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə hesab edir ki, radarlara düşməməyin yeganə yolu müəyyən edilən sürət həddini aşmamaq, yol hərəkəti qaydalarına əməl etməkdən keçir: “Əgər hər hansı bir yolda sürət müəyyənləşibsə, heç kəs avtomobilini müəyyənləşən həddən artıq sürətlə idarə etməməlidir. Bu qanunun tələbindən yalnız operativ nəqliyyat vasitələri idarə edən şəxslərin çıxmağa ixtiyarı var. Amma bunun xaricində hər bir şəxs hansı sürət həddi müəyyənləşibsə, bu sürət həddinə riayət eləməlidir. Bu sürət həddinə riayət eləməyəndə, həmin sürət həddini aşanda sözsüz ki, avtomatik rejimdə işləyən sürətölçən, texniki vasitənin köməyi ilə həmin avtomobil fiksə edilir. Bundna sonra  həmin nəqliyyat vasitəsini idarə edən şəxs məsuliyyətə cəlb edilir. Buna görə də hər bir şəxs kimliyindən asılı olmayaraq nəqliyyat vasitəsini idarə edəndə, mən operativ nəqliyyat vasitələrini istisna edirəm, yol hərəkəti qaydalarına riayət eləməlidir”.

K.Əliyevin bildirdiyinə görə, qayda pozuntuları çox zaman elektron cihazların köməyi ilə aşkarlanıb qeydiyyata alındığı üçün bu prosesdə nə DYP əməkdaşları, nə də sürücü iştirak etmir: “ Vətəndaşlar bilməlidir ki, bu qayda pozuntularının çoxu xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır. Odur ki, orada nə inspektorun iştirakı olur, nə də sürücünün. Sadəcə olara həmin texniki vasitələr bu qayda pozuntusunu qeydə alır və bununla bağlı dərhal real vaxt rejimində elektron protokol tərtib edilir. Və həmin elektron protokol sürücünün ünvanına göndərilir. Sözsüz ki, bütün bunların hamısı yalnız ağır yol nəqliyyat hadisələrinin qarşısının alınmasına xidmət edir”.

K.Əliyevin sözlərinə görə, radarların tətbiqi sayəsində sürət həddinin aşılması səbəbi ilə baş verən ağır qəzaların sayı əhəmiyyətli dərəcədə azalıb ki, bu da onlarla insan həyatının xilas edilməsi deməkdir:

“Bizdə ən çox qəzalar sürət həddinin aşılması səbəbi ilə baş verən qəzalar idi. Bu cihazların yerləşdirilməsi və tətbiqi nəticəsində bizdə sürət həddinin aşılması ilə bağlı ağır qəzalar 44%-dən 28-29%-ə enib. Bu, az deyil. Bu, hər ay bəlkə də onlarla insanın həyatının xilas olunması deməkdir. Sürət həddinə əməl eləmək o qədrmi çətindir? Nə qədər yollarımız var. Hansı ki, bu yollarda avtomobili saatda 110-120 kilometr sürətlə idarə etməyə icazə verilib. Həmin yollarda avtomobili müəyyən edilən sürət həddində idarə etmək olar”.

K.Əliyevin bildirdiyinə görə, yolda sürət həddinin müəyyənləşdirilməsi zamanı avtomobili təhlükəsiz şəraitdə idarə edilməsinin mümkünlüyü amili nəzərə alınır ki, məhz bunun sayəsində sürət həddi müəyyənləşir: “Hansı yolda avtomobili yüksək sürətlə təhlükəsiz şəraitdə idarə etməyə imkan varsa, həmin yollarda sürət yüksəkdir. Hansı yollarda ki, bu yüksək sürət hərəkət üçün təhlükə törədə bilərsə, o yollarda yol şəraitinə uyğun sürət müəyyənləşir. Yəni yollarda sürət həddi bu və bu kimi mühüm amllər nəzərə alınmaqla müəyyənləşdirilir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh