Bakının mərkəzində bu küçələr bağlanır - FOTO

Bakının mərkəzi prospektlərindən biri - paytaxtın Səbail rayonu ərazisində yerləşən Neftçilər prospektində, eləcə də Akademik Zərifə Əliyeva küçəsində aparılan təmir işləri ilə bağlı yol polisi sürücülərə müraciət edib.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin verdiyi xəbərə görə, qeyd olunan yollar 3 gün ərzində - 12, 13 və 14 mart (bazar günündən çərşənbə axşamı daxil olmaqla) asfalt örtüyü ilə əvəzlənəcək və avtomobillərin hərəkəti üçün bağlanacaq:
“Bununla əlaqədar olaraq, Azneft dairəsindən Yusif Səfərov küçəsinə doğru (Cavanşir körpüsünə doğru) getmək istəyən sürücülər alternativ yoldan istifadə etməlidirlər.
Marşrut aşağıdakı kimidir:
- Azneft dairəsindən yuxarı Niyazi küçəsi ilə sağa dönmə ilə İstiqlaliyyət küçəsi ilə (İçərişəhər metrosu)
- Daha aşağı Mirzə Ələkbər Sabirin abidəsinə qədər, sonra sola, Azərbaycan prospektinə (Monolit və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin binasına doğru)
- Daha sonra Beşmərtəbədən sağa, Şəmsi Bədəlbəyli küçəsinə dönün və Azadlıq prospektinə çıxışla irəli (28 Mall)
- Orada prospektə sağa, sonra Nizami küçəsi ilə kəsişmədən sola və Nizami küçəsi ilə düz Yusif Səfərov küçəsi ilə kəsişməyə doğru hərəkət etmək lazımdır”.
Bunu nəzərə alaraq, sürücülərdən qeyd olunan ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmək xahiş edilir.
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO












