Sumqayıt DYP-dən sərnişinlərə müraciət - Avtovağzala gedin - VİDEO

Sumqayıtdan Bakıya və əks istiqamətə mikroavtobuslarla qanunsuz olaraq sərnişin daşıyan sürücülər saxlanılıb. Avtosfer.az xəbər verir ki, qanunu pozan sürücülər yol polisinin iradları ilə razılaşmayıblar və onların barəsində müvafiq tədbirlər görülüb. Reyd zamanı "Ford" markalı mikroavtobuslara əlavə oturacaqlar və avadanlıqlar qoymaqla sərnişin daşıyan sürücülər aşkar edilib. Eyni zamanda, həmin "Ford"ları idarə edən bir neçə şəxsin sürücülük vəsiqəsi və digər sənədlərinin olmadığı üzə çıxıb. Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi sərnişinlərə müraciət edərək onları bu cür qanunsuz fəaliyyət göstərən avtobus və mikroavtobuslardan istifadə etməməyə çağırıb: "Özünüzün və ərtafınızdakıların təhlükəsizliyini, mənzil başına sağ-salamat çatmağınızı düşünürsünüzsə bu cür şəxslərin istifadə etmədiyi təhlükəli mikroavtobuslardan uzaq durun".
DYP sərnişinlərə avtovağzal ərazisindəki avtobuslardan istifadə etməyi tövsiyyə edir.
Bu kimi reydlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












