Sumqayıt məktəbliləri həmyaşıdlarına səsləndilər - Qaydalara əməl etmək təhlükədən qoruyur - VİDEO

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi əsasında orta məktəblərdə yol hərəkəti qaydalarının təbliği, təhlükəsizliyin gücləndirilməsi və maarifləndirmə işinin daha səmərəli təşkili məqsədilə müxtəlif məzmunlu tədbirlər keçirilir. Növbəti tədbir Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər texniki və təbiət elmləri liseyndə baş tutub. Avtosfer.az xəbər verir ki, tədbirdən öncə şagirdlər açıq hava şəraitində yol hərəkəti qaydalarına dair səhnəciklər nümayiş etdiriblər. Burada onlar piyada keçidlərindən istifadəyə, avtobusa minib düşməyə və digər qaydalara dair biliklər əldə ediblər. Daha sonra uşaqların yol hərəkəti qaydalarına dair biliklərinin formalaşması, zəruri məlumatların qavranılması məqsədilə maarifləndirici lövhələr və rəsm əsərləri nümayiş etdirilib. Tədbirin davamında məktəblilər yol hərəkəti qaydalarına dair biliklərini nümayiş etdirib, müxtəlif mövzularda səhnəciklər və musiqi parçaları ifa ediblər. Tədbirdə çıxış edən Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları uşaqlar arasında yol hərəkəti təhlükəsizliyinin təbliği sahəsində davamlı işlər görülməsinin zəruriliyini qeyd ediblər. Bildirilib ki, uşaq travmatizminin bir qolu da yol qəzalarıdır. Orta məktəblərdə yol hərəkəti qaydalarının təbliği sağlam gələcəyin formalaşmasına, uşaqların yol qəzalarından qorunmasına xidmət edir. Tədbirdə qeyd edilib ki, burada iştirak edən hər bir məktəbli bundan sonra yol hərəkəti qaydalarının əsas təbliğatçısı olmalı və avtomobil idarə edərkən qaydaları pozan sürücu görəndə ona öz iradını bildirməlidir.
Sonda bir qrup məktəbliyə həvəsləndirici mükafatlar təqdim edilib və şagirdlərə yol patrul xidməti avtomobilləri ilə tanış olmaq üçün şərait yaradılıb.
Nurlan
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO
































