Sumqayıt məktəbliləri polisin xidməti ilə yaxından tanış olublar - FOTO - VİDEO

Müasir düşüncəli və yüksək intellektli gənclərin müəyyənləşdirilməsi, onların ixtisas seçimində Daxili İşlər Nazirliyinin Polis Akademiyasına üstünlük verməsinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən təbliğat və təşviqat işləri davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu istiqamətdə Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində "Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi" mövzusunda orta təhsil müəssisələrinin IX-X-XI sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Sumqayıt ŞPİ-nin rəisi, polis polkovniki Fəqan Azadəliyev, hazırda Polis Akademiyasında təhsil alan Sumqayıt şəhər orta məktəblərinin məzunları və gənc polis zabitləri iştirak ediblər.
Görüşdə çıxış edən şəxslər şagirdlərə “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə qəbul qaydaları, Polis Akademiyasının “Virtual Akademiya” platforması, ödənişsiz təhsil resursları, geyim və yataqxana ilə təminat, polis xüsusi rütbəsi və hərbi mükəlləfiyyətli hesab edilməklə hərbi rütbənin verilməsi, təhsil müddətinin iş stajına daxil edilməsi və yüksək təqaüd imkanları barədə geniş məlumat verilib. Gələcəkdə Akademiyada təhsil almaq istəyən şagirdlərə uğurlar və qəbul imtahanlarında müvəffəqiyyətlər arzulanıb.
Çıxış edən kursantlar və məzunlar yüksək səviyyədə hüquq təhsili verən, vətənə, dövlətə şərəflə xidmət edən polis əməkdaşları yetişdirən Polis Akademiyasında kursant olmağın üstünlüklərini, öhdəçilik və məsuliyyətini vurğulayaraq onların hər zaman ölkə rəhbərliyinin qayğı və diqqəti ilə əhatə edildiklərini bildiriblər.
Sonda Polis Akademiyasındakı tədris prosesinə kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirin ikinci hissəsi isə Sumqayıt Şəhər Polis İdarəsində davam etdirilib. Şagirdlər burada Növbətçi Hissə, Müvəqqəti Saxlanma Yeri, Təhlükəsiz Şəhər otağı, Kriminalist Tədqiqatlar Bölməsi, eləcə də Post Patrul Xidmət taborunun işi ilə yaxından tanış olub, xüsusi təyinatlı polis nəfərlərinin təlimlərini izləyiblər.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
















