Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO

Son zamanlar sosial şəbəkələrdə Sumqayıt şəhərində bəzi avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması və sükan arxasında mobil telefondan istifadə etmələri ilə bağlı video görüntülər yayılıb.
Avtosfer.az xəbər verir ki, bununla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində sərnişindaşıma ilə məşğul olan sürücülərlə profilaktik tədbir keçirilib. Həmin gün reysə çıxmayan sürücülər isə Polis Şöbəsinə dəvət olunaraq, yol hərəkəti qaydalarını pozduqları hallar əyani şəkildə monitorlar vasitəsilə onlara nümayiş etdirilib. Tədbirdə polis əməkdaşları ilə yanaşı, şəhər icra hakimiyyətinin nümayəndələri də iştirak ediblər. Görüş zamanı sürücülərin diqqətinə çatdırılıb ki, sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə yol hərəkəti qaydalarına ciddi əməl edilməlidir. Bildirilib ki, avtobusu idarə edərkən mobil telefondan istifadə etmək, sükan arxasında siqaret çəkmək yolverilməzdir.
Tədbirin davamı olaraq Sumqayıt şəhərində nizamlanan piyada keçidlərindən düzgün istifadə etməyən piyadalarla da profilaktik tədbir keçirilib. Onlarla maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına riayət etməyin həyati əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu tip profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev
Qubada polis profilaktik tədbir keçirib - FOTO
Lizinq şirkətinə məxsus avtomobillə yolu kəsən sürücü CƏRİMƏLƏNDİ - VİDEO













