Sumqayıtda diqqətsizlik edib qayda pozan 196 piyada cərimə edildi - FOTO - VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Piyadalar, diqqətli olun” şərti adı altında profilaktik tədbir keçirilib. Tədbir zamanı yol polisləri piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə marifləndirici söhbətlər aparıblar. Piyadalara və digər hərəkət iştirakçılarına yol hərəkəti qaydalarına düzgün riayət etməyin vacibliyi tövsiyə olunub. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub.
Qeyd edək ki, mövsümə uyğun piyadaların hərəkət intensivliyi nəzərə alınaraq, eləcə də piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədi ilə nəzarət-profilaktik tədbirlər artıq bir neçə gündür ki, daha da gücləndirilib. Bu istiqamətdə hərəkət iştirakçıları, xüsusilə piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədilə respublika ərazisində "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilir.
Bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Qar yağacaq, yollarda təhlükə yaranacaq - DYP XƏBƏRDARLIQ ETDİ - VİDEO
Xətt yoxdur, cərimə var? - RƏSMİ CAVAB - VİDEO
Polis “Şamaxinka”da tıxac problemini bu cür həll etdi - Yeni svetoforlar - VİDEO
"Mərkəz Binəqədi" ərazisindəki nəqliyyat xaosuna RƏSMİ MÜNASİBƏT - VİDEO
Yol polisi küləyə və yağışa görə sürücülərə xəbərdarlıq etdi - DİQQƏT
Robot yol polisləri fəaliyyətə başladı - FOTO - VİDEO
"Yağıntılı və dumanlı hava gözlənilir" - DYP-dən VACİB AÇIQLAMA
Azərbaycanda yol qəzalarında ölənlərin sayı azaldı - DYP-dən AÇIQLAMA
Sürücülərin çoxu bunu bilmir - DYP təkərlərlə bağlı tələbləri açıqladı - FOTO
Polis təhlükə yaradan piyadalara qarşı tədbir keçirdi - FOTO - VİDEO















