Sumqayıtda piyada və sürücülərə qarşı reyd keçirildi – VİDEO

Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYP) əməkdaşları bu dəfə də qaydaları kobud şəkildə pozanlara qarşı reyd keçirib. Avtosfer.az xəbər verir ki, şəhərin müxtəlif ərazilərində təşkil edilən reyd zamanı bir neçe sürücü və piyada barəsində protokol tərtib edilib. Reyd zamanı bəzi sürücüler yol hərəkəti qaydalarını pozaraq piyadalara yol vermədiyi üçün DYP əməkdaşları tərəfindən cərimə ediliblər. Eyni zamanda, bəzi piyadalar da yolun onlara aid olmayan hissəsindən keçərək nəqliyyat vasitələrinin hərəkətinə mane olublar. Buna görə də, onlara da protokol yazılıb.
Reyd zamanı sərnişindaşıma ilə bağlı qayda pozuntularına da rast gəlinib. Belə ki, dayanacaqdan kənarda avtobusu saxlayaraq sərnişinlərin həyatı üçün təhlükə yaradan sürücülər özlərinə haqq qazandıraraq yol polisi əməkdaşlarına tabe olmayiblar.
Yol nişanlarının qarşısında maşın saxlayan, piya keçidlərində taksi fəaliyyəti ilə məşğul olan sürücülər də məsuliyyətdən kənarda qalmayıb.
Sumqayıt DYP vətəndaşların diqqətinə çatdırır ki, təyin olunmayan yerlərdən yolu keçərək öz həyatlarını təhlükəyə atmasınlar. Eyni zamanda, nəqliyyat vasitələrinin yoluna çıxaraq sürücülərə də təhlükə yaratmaq olmaz. DYP qəza baş verməməsi üçün qaydalara əməl etməyi tövsiyyə edir. Bu kimi reydlərin mütəmaqdi olaraq keçirilməsi nəzərdə tutulub.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ





















