Sumqayıtda sərnişinləri təhlükəyə atan 20 mikroavtobus xəttən çıxarıldı

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sərnişindaşıma ilə məşğul olan mikroavtobuslarla bağlı reydlər keçirib. Reydlər bütün şəhər ərazisində, xüsusən də, avtovağzalda baş tutub. Sumqayıt şəhər DYPŞ-dən Avtosfer.az-a verilən məlumata görə, reydlər nəticəsində 20 mikroavtobus cərimə meydançasına aparılıb. Onların bir çoxunda əlavə oturacaqlar quraşdırıldığı və Bakı-Sumqayıt xətti üzrə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üzə çıxıb. Həmin mikroavtobuslar arasında “Ford”lar çoxluq təşkil edir. Onların bir çoxunu idarə edənlərin sənədləri qaydasında olmayıb. Bundan başqa, sürücülük vəsiqəsi sərnişindaşıma fəailiyyətinə uyğun gəlməyənlərin də mikroavtobus idarə etməsi halları müəyyən edilib.
Hazırda DYP əməkdaşları Sumqayıt şəhəri ərazisində reydləri davam etdirir.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












