Sumqayıtda sərxoş sürücülərə qarşı reyd keçirilib - VİDEO

Sumqayıt Şəhəri Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd şəhərin müxtəlif ərazilərində təşkil olunub. Reyd zamanı 4 sərxoş sürücü aşkarlanıb.
DYP-nin inspektoru Sahib Əkbərov reydin nəticələri haqda bunları deyib: “ Polis əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinə dair təbliğat xarakterli tədbirlər davam etdirilir. Sərxoş sürücülərə qarşı reydlər təşkil edilmişdir. Tədbirlər nəticəsində altmışa yaxın nəqliyyat vasitəsi saxlanılmışdır. Dörd sürücü sərxoş, iki sürücü isə sürücülük hüququnu təsdiq edən sənədsiz aşkarlanmışdır. Reydlər mütəmadi olaraq davam etdirilir”.
Bildirək ki, bu ilin aprel ayından başlayaraq ilin sonunadək ölkə ərazisində mütəmadi olaraq həyata keçirilməsi planlalaşdırılan reydlər əsasən sürücülər tərəfindən dayanma-durma, parklanma, təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadalar.motosiklet, moped, velosiped sürücüləri tərəfindən qaydalara əməl edilməməsi, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və yaxud sərxoş vəziyyətdə idarə olunması, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının və uşaq travmatizminin qarşısı alınması tədbirlərini, həmçinin də xüsusi karantin rejimi müddətində ilin sonunadək epidemiya əleyhinə rejimin, sanitariya- gigiyena və karantin rejimlərinin, o cümlədən fərdi qoruyu vasitələrinin istifadəsi ilə bağlı tələblərin pozulmasına qarşı tədbirlər əhatə edəcək. SŞPİ DYPŞ-nin əməkdaşları bir daha hərəkət iştirakçılarına müraciət edərək onları yol-hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquq pozmaların qarşısının alınması ilə yanaşı vətəndaş məmnunluğunun, ictimai maraqların təmin edilməsi, eləcə də kütləvi informasiya vasitələrinin iştirakı ilə yol hərəkəti mədəniyyətinin təbliği və maarifləndirmə işinə töhfə verəcək tədbirlərdə aktiv iştirakçılığa dəvət edir.
DYP-dən qayda pozan avtobus sürücülərinə XƏBƏRDARLIQ
DYP-dən hava limanı yolu ilə bağlı sürücülərə MÜRACİƏT
Həftəsonu rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Vilayət Eyvazov sıra baxışında 175 nəfəri seçdi; 14-ü Vətən müharibəsi iştirakçısıdır - FOTO - VİDEO
General-mayor Ramiz Zeynalovun yubileyidir - 75 yaşı tamam oldu
Polis valideynlərə çağırış etdi - VİDEO
Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR








