Sumqayıtda yol polisi piyadalarla maarifləndirici söhbətlər apardı - VİDEO

Sumqayıtda yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirilib. Avtosfer.az xəbər verir ki, şəhərin əsasən Bakı-Quba yolu istiqamətində, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Şirvan yaşayış massivində və maşın bazarı yaxınlığında baş tutan reydi Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şəbəsinin əməkdaşları keçirib. Bir neçə küçə və prospektdə baş tutan reyd zamanı 20 piyada inzibati qaydada cərimə edilib. Reyd zamanı öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atan saxlanılıb. DYP əməkdaşları həmin piyadalarla maarifləndirici söhbətlər aparıb. Xəbərdarlıqlara baxmayaraq, yolu piyadalar üçün nəzərdə tutulmayan yerlərdən keçən piyadalar isə cərimə edilib.
Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi yol hərəkəti iştirakçılarını qaydalara əməl etməyə çağırır. Əks halda, heç kim məsuliyyətdən yayına bilməyəcək.
DYP-dən bildirilib ki, piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmini, xüsusən də piyadaların həyat və sağmalığının qorumnası məqsədilə bu cür tədbirlər davam etdiriləcək.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ



























