Sumqayıtda yol polisi şagirlərə yol qaydalarını öyrədir - VİDEO

Mərifət Məmmədlinin 10 yaşı var, 5-ci sinifdə oxuyur. Mərifət deyir ki, oxuduğu məktəb yol üzərində yerləşdiyindən ər gün bu yoldan istifadə etməli olur. O, yol hərəkəti qaydalarına riayət etməyin vacib olduğunu bildirir. Qeyd edir ki, hər bir insan öz təhlükəsizliyini qorumalı və müəyyən edilmiş yol hərəkəti qaydalarına əməl etməlidir: “Özümüzə çoxlu fikir verməliyik. Məsələn, maşın haradan gəlirsə səkiylə hərəkət edirəm. Yolun o biri üzünə keçəndə yolun ortasında dayanıram və maşın haradan gəlirsə o tərəfə baxıram. Maşın yaxında olsa gözləyirəm. Uzaqda olsa yavaş-yavaş tələsmədən keçirəm ki, sürücü birdən çaşıb qəza edə bilər. Əgər iki tərəfdə maşın yoxdursa mən özüm yolu keçirəm”.
Yol hərəkəti qaydalarını bilməyin vacibliyini bildirən Mərifət oxuduğu məktəbdə də maarifləndirici tədbirlərin keçirildiyini deyir.
Yeri gəlmişkən qeyd edək ki, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi yeni dərs ilinin başlanması ilə bağlı məktəblərdə maarifləndirici tədbirlərə start verib. Şagirdlərə küçə və yollarda təhlükəsizlik vərdişləri aşılanıb, onlarla nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparılıb.
Bildirilib ki, Sumqayıtda bu ilin müvafiq dövrü ərzində 11 azyaşlı piyadanı avtomobil vurub, onlar müxtəlif xəsarətlər alıblar.
Sumqayıt şəhər Polis İdarəsinin bölmə rəisi Yaqub Baxşəliyev bildirib ki, şəhərdə 49 təhsil ocağı var. Fikrimiz odur ki, bütün təhsil ocaqlarında bu barədə təbliğat aparılsın, tədbirlər keçirilsin və bütün dərslərdə yol hərəkəti qaydaları haqqında aşılanma getsin.
Qeyd olunub ki, bu kimi profilaktik tədbirlər davam etdiriləcək. Həmçinin bildirilib ki, bu ilin ötən dövrü ərzində 13 azyaşlı tərəfindən 64 cinayət hadisəsi törədilib. Bununla yanaşı, 84 yeniyetməylə bağlı fərdi-profilaktik iş açılıb və onlara nəzarət olunur.
Eyni zamanda 26 valideyn də profilaktik söhbətlərə cəlb olunub.
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ










