Sumqayıtda yol polisinin keçirdiyi tədbirlər müsbət nəticə verdi - VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində calışıb. Bayram günlərində də yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reydlər keçirilib. Görülən tədbirlər nəticəsində bir sıra qayda pozuntuları aşkar edilib. Şəhərin müxtəlif küçə və prospektlərində təşkil olunan reyddə məqsəd yollarda təhlükəsiz və rahat hərəkətin təmin olunması, ciddi qayda pozuntularına yol verırık tıhlükə yaradan sürücülərin aşkarlanması olub. İki saata yaxın davam edən reyd zamanı 30-a yaxın avtomobil saxlanılıb. Reyd zamanı təhlükəli manevrlər edən, sürücülük hüququ olmadan sükan arxasına keçən, sərnişindaşıma qaydalarını kobud şəkildə pozan, nəqliyyat vasitəsinin konstruksiyasına əlavələr və dəyişikliklər edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, cərimələri ödəməyən və digər qayda pozuntularına yol verən sürücülər də müəyyən olunub.
Reyd zamanı 20-dən çox avtomobil cərimə meydançasına aparılıb. Onların arasında sərxoş sürücülər tərəfindən idarə olunan nəqliyyat vasitələri də var.
Yol polisi sürücüləri nizam-intizamlı olmağa, qanunun tələblərini pozmamağa çağırır. Əks halda tələbləri pozanlar cəzalandırılacaq.
Qeyd edək ki, Sumqayıtda yol polisi tərəfindən həyata keçirilən davamlı tədbirlərin nəticəsi olaraq ötən illə müqayisədə bu ilin müvafiq dövründə şəhər ərazisində baş verən yol-nəqliyyat hadisələrinin sayı 2 dəfədən çox azalıb.
Elməddin
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ















