Süni intellekt işıqforları əvəz edəcəkmi? - DYP-dən AÇIQLAMA

"Yol hərəkətinin tənzimlənməsində nizamlayıcı vasitələrin rolu olduqca vacibdir. Xüsusilə işıqfor obyektləri paytaxtın demək olar ki, bütün əsas yol şəbəkəsində quraşdırılıb və bu da hərəkətin daha sistemli və təhlükəsiz təşkilinə imkan yaradır". Avtosfer.az xəbər verir ki, bunu “Baku.ws”ə açıqlamasında Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib.
Onun sözlərinə görə, lakin bəzi hallarda yalnız texniki vasitələr kifayət etmir və canlı nizamlayıcıya ehtiyac yaranır:
"Məsələn, yol-nəqliyyat hadisəsi baş verdikdə, hərəkət zolağında qalmış nəqliyyat vasitələrinin operativ şəkildə kənarlaşdırılması tələb olunur. Eyni zamanda güclü külək nəticəsində ağacın aşaraq yolu bağlaması kimi fövqəladə hallarda da dərhal müdaxilə zərurəti yaranır. Belə vəziyyətlərdə aidiyyəti qurum tərəfindən yol hərəkəti iştirakçılarına operativ məlumat verilir. Sosial şəbəkə hesabları və media resursları vasitəsilə sürücülər alternativ marşrutlar barədə məlumatlandırılır. Əməkdaşlar dərhal hadisə yerinə cəlb olunur, maneənin aradan qaldırılması və nəqliyyatın alternativ istiqamətlərə yönləndirilməsi təmin edilir. Texnologiyanın inkişafı ilə gələcəkdə bir çox proseslərin avtomatlaşdırılması nəzərdə tutulur. Süni intellekt əsaslı sistemlər işıqforların iş rejimini müstəqil şəkildə tənzimləyəcək, nəqliyyat axınını analiz edərək müəyyən istiqamətlər üzrə hərəkəti optimallaşdıracaq. Bu isə insan müdaxiləsinə olan ehtiyacı minimuma endirəcək və əməkdaşlar əsasən nəzarət funksiyasını həyata keçirəcəklər".
Toğrul Nəsirli əlavə edib ki, hazırda sıxlıqların yaranmasının əsas səbəblərindən biri bəzi sürücü və piyadaların qaydalara tam riayət etməməsidir:
"Məsələn, işıqforun qırmızı işığında piyadaların hərəkətə başlaması və ya sürücülərin buna vaxtında reaksiya verməməsi təhlükəli situasiyalar yaradır. Həmçinin dayanma və durmanın qadağan olunduğu yerlərdə nəqliyyat vasitələrinin saxlanılması, zolaqların tutulması intensiv hərəkət olan yollarda əlavə sıxlığa səbəb olur. Ümumilikdə, mövcud şəraitdə nizamlayıcı əməkdaşlara ehtiyac qalmaqdadır. Sistemlər tam təkmilləşdirildikdən və texnoloji həllər daha geniş tətbiq olunduqdan sonra bu ehtiyac tədricən azalacaq və yol hərəkətinin təşkili daha effektiv formada həyata keçiriləcək".
DYP hava ilə əlaqədar hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO











