Suraxanıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanıldı - CƏRİMƏLƏNDİ - VİDEO

Yol polisi 1 Fevral 2024 17:50
Suraxanıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanıldı  - CƏRİMƏLƏNDİ  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində 10-XU-639 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı avtomobili saxlayıb.

Yol polisi əməkdaşları sürücünün qeyri-adekvat hərəkətlərini müşahidə etdikləri üçün onu tibbi müayinəyə dəvət ediblər. Müayinə zamanı sürücünün narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilib.

Araşdırma zamanı məlum olub ki, 1976-cı il təvəllüdlü Ələkbərov Mahir Akif oğlu həm də taksi fəaliyyəti ilə məşğul olur.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 600 manat məbləğində cərimə tətbiq olunub.

 

Fərid

 

Oxunub : 4020
ŞƏRH YAZ
Ad

E-mail

Şərh