Suraxanıda "Təmiz hava aylığı" çərçivəsində növbəti tədbir keçirilib - FOTO - VİDEO
Yol polisi
19 May 2023 22:15
Oxunub 1848

Bu gün Suraxanı rayonu ərazisində "Təmiz hava aylığı" çərçivəsində növbəti reyd keçirilib.
Avtosfer.az xəbər verir ki, Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində sürücüləri saxlayıb və xüsusi texniki qurğu vasitəsilə avtomobillərdın ixrac olan zəhərli qazların miqdarı yoxlanılıb.
Tədbir zamanı sürücülərlə profilaktiki söhbətlər aparılıb və onlara qanunun tələbləri izah edilib.
Avtomobili nasaz vəziyyətdə olan və zəhərli qazların miqdarı yüksək olan sürücülər barəsində inzibati qaydada protokol tərtib olunub.
Qeyd edək ki, may ayı ərzində reydlər mütəmadi olaraq davam etdiriləcək.
Orxan
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR



















