Banner

Suraxanıda yol polisi ətraf mühiti çirkləndirən sürücüləri cərimələdi - VİDEO

Yol polisi 15 May 2025 16:20 Oxunub 1340
Suraxanıda yol polisi ətraf mühiti çirkləndirən sürücüləri cərimələdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində profilaktiki tədbir keçirilib.

Avtosfer.az xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlar da iştirak edib. Yol polisləri 20-dən artıq nəqliyyat vasitəsindən ixrac olunan zəhərli qazların miqdarını yoxlayarkən 11 sürücünün qaydaları kobud şəkildə pozduğu aşkarlanıb. Onların barəsində inzibati qaydada cərimə tətbiq edilib. Zəhərli qazların miqdarı normadan bir az artıq olan sürücülərə isə xəbərdarlıq olunub.


Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli nəqliyyat vasitələrini saz vəziyyətdə saxlayan sürücülərlə maarifləndirici söhbət aparıb və onlara təşəkkür edib. Qeyd olunub ki, ətraf mühitin qorunması hər kəsin borcudur, sürücülər isə idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.

Səfər

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh