Sürət artdıqca qəfil yaranan təhlükələrə reaksiya azalır – DİN-dən sürücülərə ÇAĞIRIŞ

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sürücülərə müraciət edərək sükan arxasında sürət həddinə əməl etməyin vacibliyini vurğulayıb.
Avtosfer.az xəbər verir ki, Elşad Hacıyev sürət artdıqca qəza riskinin də əhəmiyyətli dərəcədə yüksəldiyini bildirib. Sürücünün avtomobili yavaş və məsuliyyətlə idarə etməsi isə həm yol şəraitini düzgün qiymətləndirməyə, həm də qəfil yaranan təhlükələrə, xüsusilə piyadaların qəfil yola çıxmasına vaxtında reaksiya verməyə imkan yaradır.
Sürət həddi yalnız formal qayda deyil, insanların həyat və sağlamlığını qorumağa xidmət edən mühüm təhlükəsizlik sərhədidir. Bu həddin pozulması isə ağır yol-nəqliyyat hadisələrinə və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.
O, sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə yaşayış məntəqələrində və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə daha diqqətli olmağa çağırıb. Qeyd olunub ki, təhlükəsiz sürücülük hər bir yol hərəkəti iştirakçısının həyatını qorumaq üçün əsas şərtlərdən biridir.
Eltac
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












