Sürücü 1 saniyə fərqlə eyni radara iki dəfə düşüb, cərimə ikiqat tələb olunur - FOTO

Bakı sakini bir saniyə fərqlə eyni radara iki dəfə düşüb. Buna görə də həmin şəxsdən eyni cərimənin iki dəfə ödənilməsi tələb olunur. Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun 138-ci kilometrliyində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini "Subaru-Forester" markalı avtomobillə hərəkətdə olan zaman "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinin tələbini pozaraq yolda müəyyən edilən hərəkət sürətinin həddini aşıb və radara düşüb. Sürücüyə eyni radardan 1 saniyə fərqi ilə inzibati xətalar haqqında protokol iki dəfə rəsmiləşdirilib və ünvanına göndərilib.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Report"a açıqlamasında bildirib ki, sürücünün eyni radara 1 saniyə fərqli ilə düşməsi çox nadir hallarda baş verən texniki səhvdir: "Əgər belə bir hal baş veribsə və sürücünün eyni radara düşməsi ilə bağlı protokol iki dəfə rəsmiləşdirilibsə, həmin protokollardan birinə xitam verilməlidir. Bunun üçün sürücü ya BDYPİ-yə müraciət etməlidir".
Günün ikinci yarısında DYP-dən Avtosfer.az-a verilən məlumata görə, artıq həmin protokollardan birinə xitam verilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














