Sürücü 5 yol polisinin hərəkətindən NAZİRƏ MÜRACİƏT ETDİ: "Məni Tovuzdan Bakıya kimi..." - VİDEO

Sürücü vəziyyəti ağır olan dostunu xəstəxanaya aparan zaman yol polisləri ona köməklik göstərib. Bu barədə sürücü Natiq Nağıyev redaksiyamıza məlumat verib. "Dostum Bəhruz Musayev laqonda ilə iş görən zaman ehtiyatsızlıqdan əlini kəsdiyi üçün mən dərhal öz maşınımla onu xəstəxanaya çatdırmağa çalışdım. Hadisə Tovuz rayonunda baş verib. İlk olaraq xəstəxanaya tez çatmağım üçün Tovuz rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Məmmədov Cavid, Bayramov Anar və Bayramov Eşqin 99-YP-205 qeydiyyat nişanlı YPX avtomobili ilə yolu açaraq məni Şəmkir postuna kimi müşayiət etdilər. Daha sonra Şəmkir, Navahi və Qaradağ postunun əməkdaşları mənim Bakıya tez və təhlükəsiz çatmağım üçün əllərindən gələn köməkliyi göstərdilər.
Bakının Şamaxinka adlanan yerinə çatan zaman xəstə qan itirdiyinə görə halı kəskin pisləşdi. Həmin ərazidə xidmət aparan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99-YP-386 qeydiyyat nişanlı patrul avtomobilinin ekipajlarına yaxınlaşıb vəziyyəti izah edən kimi onlar dərhal məni xəstəxanaya kimi müşayiət etdi və xəstəni Travmatologiyaya yerləşdirdik. Bu əməkdaşlar olmasaydı yəqin ki, dostumu həyata qaytarmaq mümkünsüz olacaqdı. Çünki Bakıya tıxac olan saatlarda çatmışdım. Onların yolu açıb məni müşayiət etməsi sayəsində dostumu ölümdən qurtara bildim".
Sürücü Natiq Nağıyev bildirir ki, xəstəxanadan çıxan zaman 99-YP-386 qeydiyyat nişanlı patrul avtomobilinin əməkdaşları getdiyi üçün onlara təşəkkür edə bilməyib. Lakin sonradan araşdıraraq məlum olub ki, onlar polis serjantları İlyaslı Kamil və Ağasiyev Orxandır.
Sürücü Avtosfer.az">Avtosfer.az vasitəsilə həmin yol polisi əməkdaşlarına və ümumilikdə bu köməkliyə görə Daxili İşlər Naziri Vilayət Eyvazova təşəkkürünü bildirib.
Təbriz
Yol faciəsində daha bir uşaq atasız qaldı - Şöbə rəisindən ÇAĞIRIŞ - FOTO
Vilayət Eyvazov Qəbələdə vətəndəş qəbulu və sıra baxışı keçirəcək - FOTO
DYP-dən sükan arxasında telefonla oynayan sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ











