Sürücü bu yol polislərindən elə şeylər danışdı ki... - FOTOLAR

Sürücü Faiq Bayramov yaralının vaxtında xəstəxanaya çatmasına kömək edən yol polislərinə təşəkkür edib. O, baş verənləri Avtosfer.az-a yazaraq bildirib ki, həmin yol polisləri çətin anda onlara böyük köməklik göstəriblər.
İyunun 26-da təxminən saat 18-19 radələrində Şamaxı rayonunda yerləşən istirahət mərkəzlərinin birində xoşagəlməz hadisə baş verib. Belə ki, istirahət mərkəzinin balıq tutulan yerində ehtiyyatsızlıqdan balıq tutan qırmaq qonaqlardan birinin üz nahiyəsinə batıb. Təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılan xəstənin yaxını olan Faiq Bayramov xəstəxananın yerini soruşmaq üçün Şamaxı dairəsində xidmət aparan 99 YP 115 dövlət nömrə nişanlı patrul maşınındakı yol polislərinə yaxınlaşıb: “Həmin yol polisləri əsl insaniyyətlik göstərərək içərisində xəstə olan avtomaşını müşaiyət edib xəstəxanaya çatdırdılar. Onlara dedik ki, yolu tanımırıq. Yol polisləri dərhal qarşımıza keçərək yolu təmizləyib bizim tez bir zamanda xəstəxanaya çatmağımıza kömək etdilər. Hətta xəstəxananın həyətində bizimlə birlikdə həkimlərin tapılmasına belə kömək edən DYP əməkdaşları bizi orada gözləyib nəsə kömək lazım olub-olmadığını soruşdular. Biz onlara təşəkkür edib hər şeyin qaydasında olduğunu deyəndən sonra çıxıb getdilər. Onlar əsl polis və vətəndaş nünunəsi göstərdilər. Sizin sayt vasitəsilə Daxili İşlər Nazirliyinin və Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müraciət edərək ilk növbədə təşəkkürümü bildirirəm. Xahiş edirəm ki, belə polis əməkdaşlarını mükafatlandırıb digərlərinə də nümunə göstərsinlər”.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














