Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ

Son günlər ön oturacaqda əyləşən sərnişinin təhlükəsizlik kəmərini taxmamasına görə tətbiq olunan cərimələr yenidən müzakirə mövzusuna çevrilib.
Avtosfer.az xəbər verir ki, sürücülər bildirirlər ki, uzun müddət bu qayda ilə bağlı xəbərdarlıq edilməsinə üstünlük verilsə də, hazırda nəzarətin gücləndirilməsi narazılığa səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təhlükəsizlik kəməri bizi həyata bağlayan bağdır.'Müasir avtomobillər uzun inkişaf yolu keçsə də, passiv təhlükəsizlik sisteminə aid olan təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri qoruyan əsas vasitələrdən biridir.
“Dəfələrlə təsdiq olunub ki, yol-nəqliyyat hadisələrində təhlükəsizlik kəmərindən istifadə edən sürücü və ya sərnişinlər, kəmərdən istifadə etməyənlərə nisbətən daha yüngül xəsarət alır. Bir çox hallarda isə onlar məhz kəməri bağladıqları üçün sağ qalır.Qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhülkəsizlik kəmərini bağlamalıdır. Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir''.
Mövzu ilə bağlı hüquqşünas Ərşad Hüseynovun fikrincə isə, sərnişinin təhlükəsizlik kəməri taxmamasına görə cərimə tətbiq etməkdən daha vacibi insanların bu qaydanın əhəmiyyətini dərk etməsidir:

''Vətəndaşlara izah olunmalıdır ki, təhlükəsizlik kəməri təkcə sürücü üçün deyil, ön oturacaqda əyləşən sərnişin üçün də həyati əhəmiyyət daşıyır. Təhlükəsizlik kəməri mümkün yol-nəqliyyat hadisəsi və ya qəfil, sərt əyləcləmə zamanı sərnişini oturacağında saxlayır, onun avtomobilin salonunda irəli atılmasının və ağır xəsarət almasının qarşısını alır. Təcrübədə elə hadisələr olub ki, avtomobillərin yüngül toqquşması zamanı nə sürücü, nə də avtomobil ciddi zərər görüb. Lakin təhlükəsizlik kəməri taxmayan ön oturacaq sərnişini ağır xəsarət alıb. Hətta bəzi hallarda başı ön şüşəyə dəyərək şüşəni sındırıb, avtomobildən kənara çıxıb və ağır kəllə-beyin travması alıb''.
Hüquqşünas qeyd edib ki, məhz bu cür faciələrdən yayına bilmək üçün təhlükəsizlik kəmərindən istifadə həyati əhəmiyyət daşıyır:
''Bu sahədə əsas diqqət cərimələrin tətbiqinə deyil, maarifləndirməyə və insanların təhlükəsizlik qaydalarına əməl etməsinin vacibliyini izah etməyə yönəldilməlidir''.
Unutmayaq ki, təhlükəsizlik kəməri avtomobildə hərəkət zamanı bizi həyata bağlayan bağdır.
Fatimə
Vəsiqəsiz və nömrəsiz maşınla avtoxuliqanlıq etdi – HƏBS OLUNDU - VİDEO
DYP əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək - FOTO
Sükan arxasında telefondan istifadə etməyin! - DYP-dən XƏBƏRDARLIQ
“Yanlış qərar bir ailənin həyatını dəyişə bilər” - Rövşən Tağıyev
Təcrübənizə güvənib bu səhvi etməyin – DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ










