"Sürücü maşını ayaq üstə dayanan sərnişinlərlə ağzına qədər doldurub" - DYP

“İlkin məlumata görə, “Ford Tranzit” markalı avtomobilin sürücüsü manevretmə qaydalarını pozub və kərpiclə yüklü olan, yol qırağında dayanmış yük avtomobilinə çırpılıb”. Avtosfer.az xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan"-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib. Bununla yanaşı, K.Əliyev deyib ki, sürücü sərnişindaşıma qaydalarını pozub: “Ölən və yaralananların ümumi sayını nəzərə alsaq, sürücü maşını ayaq üstə dayanan sərnişinlərlə ağızbaağız doldurub. Lakin “Ford Tranzit”-də cəmi 18 sərnişin yeri var”.
Onun sözlərinə görə, uzaq məsafəyə ayaq üstə sərnişin götürmək qadağandır: “Biz həmişə vətəndaşlara xəbərdarlıq edirik ki, belə avtomobillərə minməsinlər. Amma onlar bizim xəbərdarlığımıza ciddi yanaşmırlar. Biz sürücüləri də xəbərdar edirik ki, artıq sərnişin götürməyin. Çünki bilirik ki, bu, faciə ilə nəticələnəcək”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












