Sürücü özünü yandırdı, yol polisləri söndürüb həkimə apardı

Bu gün günorta saatlarında Ağdaş rayonunda intihara cəhd olub. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Ağdaş şəhərinin Heydər Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında Xosrov kənd sakini, 1983-cü il təvəllüdlü Söhbətov Həsənağa Böyükağa oğlu üzərinə benzin tökərək özünü yandırıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə şahidləri bildiriblər ki, Həsənağa Söhbətov yol polisi əməkdaşları ilə mübahisə edəndən sonra özünü yandırıb. Belə ki, yol polisi əməkdaşı onun barəsində cərimə protokolu yazıb. Bundan sonra mübahisə daha da böyüyüb və polis əməkdaşları H.Söhbətovu şöbəyə aparmaq istəyib. Bununla razılaşmayan 35 yaşlı kişi özündən çıxıb və əsəbi halda üstünə benzin tökərək özünü yandırıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az- bildirilib ki, əvvəllər narkotik maddələrin alverinə görə iki dəfə məhkum olunmuş Həsənağa Söhbətovun idarə etdiyi avtomobilin üzərindəki dövlət nömrə nişanları oxunmaz halda olduğu üçün yol polisi tərəfindən saxlanılıb. Bu zaman sürücü maşından düşərək baqajdan içərisində benzin olan butulka çıxardıb. H.Söhbətov benzini üstünə tökərək özünü yandırıb. Lakin yol polisi əməkdaşları dərhal müdaxilə edərək alovu söndürüblər. Sürücü yüngül yanıq xəsarətləri alıb. Yol polisləri onu dərhal xəstəxanaya çatdırıblar. Hazırda vəziyyəti normaldır.
İlkin araşfırma zamanı məlum olub ki, Həsənağa Söhbətovun sürücülük hüququ rayon məhkəməsinin qərarı ilə məhdudlaşdırılıb. Yəni hadisə baş verərkən maşını sürücülük hüququ olmadan idarə edirmiş.
Faktla bağlı araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












