“Sürücü qayda pozmasın, polis 25 faiz almasın” - DYP

Bu gün Modern.az saytında yol polisi əməkdaşlarının daha çox cərimə yazıb daha çox bonus qazanması mövzusunda material dərc olunub. Yazıda qeyd olunur ki, “Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavə olunur. Bu minvalla onlar daha çox cərimə yazmağa və “bonus” qazanmağa çalışırlar.
Lakin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bu fikirlə qəti surətdə razılaşmır. O Avtosfer.az-a bildirib ki, yol polislərinin işi təkcə cərimə yazmaq deyil. Onlar günün əksər vaxtını hərəkətin təşkilinə həsr edirlər, keçmə növbəliliyini təmin edir, istiqamət verirlər: “Bunu günün pik saatlarında hamı görür. Yol polisləri iş vaxtı ancaq cərimə yaza bilməzlər. Bu, mümkün deyil. Çünki onların əsas işi hərəkəti təşkil etməkdir. Qayda pozuntularını da qeydə alıb inzibati protokol yazırlar. Lakin qeyd etmək lazımdır ki, Bakı şəhərində gün ərzində təxminən 1300-1500 arası inzibati protokol tərtib edilirsə, bunun 70 faizdın çoxu texniki vasitələrin – kamera, radar və İ-patrul sisteminin köməyi ilə aşkarlanır.
21-ci əsrdə yaşayırıqsa biz də getdikcə inspektorlarla sürücülərin ünsiyyətini azaldırıq. Odur ki, texniki vasitələr bizim işimizi daha da asanlaşdırır”.
Vaqif Əsədov bildirib ki, sürücü qayda pozmazsa ona nə inspektor cərimə yazacaq, nə də kameralar çəkəcək: “Sürücü qayda pozmazsa cərimə də yazılmaz və polis də 25 faiz almaz. 25 faiz deyərkən çoxları elə bilir ki, bütün cərimələr ödənilir, faiz də alınır. Xeyr. Cərimələri ödəməyən sürücülər də var. Bəzən isə sürücü cəriməni daha tez ödəyib 10 faiz güzəşt əldə edir.
Yol polisləri ancaq faiz qazanmaq üçün xidmətə çıxmırlar və bu barədə düşünmək belə düzgün olmazdı. Belə bir məsələni gündəmə gətirmək yol polisinin işindən, ağır zəhmətindən xəbərsiz olmağın göstəricisidir. Görünür, yol polisinin normal əməkhaqqı almasına qısqanclıqla yanaşanlar var”.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












