Sürücü yol polislərinin bu əməlinə görə NAZİRƏ MÜRACİƏT ETDİ - VİDEO

DİN Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidmət Alayının 1-ci tağımının əməkdaşları yolda halı pisləşən daha bir xanımın köməyinə çatıblar. Avtosfer.az-a məlumat verən sürücü bildirir ki, onun köməyinə yol polisləri gəlib. "Hərəkət etdiyim zaman yoldaşım çox ağır vəziyyətə düşdü. Yolda tıxac olduğu üçün çıxılmaz vəziyyətə düşdüm. Bu səbəbdən ərazidə xidmət aparan Saray postuna məxsus 99-YP-756 qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin ekipajından kömək istədim. Onlar da vəziyyətin ağır olduğunu görərək bizi dərhal xəstəxanaya çatdırdılar. Ən əsası isə biz ora çatana qədər xəstəxananın həkimlərinə məlumat verdilər. Videodan da göründüyü kimi, biz ora çatan kimi həkimlər xəstəxananın qapısında yoldaşımı dərhal nəzarətə götürdülər.
Bunlar hamısı yol polisi əməkdaşlarının sayəsində oldu. Yoldaşımın həyatını xilas etdikləri üçün həmin polislərə, Daxili işlər naziri Vilayət Eyvazova və Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm" - deyə, sürücü bildirib.
Fərid
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










