“Sürücülər qaydanı pozur, cəzasını sərnişin çəkir” - DYP-dən XƏBƏRDARLIQ - FOTO

Baş Dövlət Yol Polisi İdarəsi sürət həddini aşan sürücülərə müraciət edib.
Bu barədə Avtosfer.az-a İdarədən məlumat verilib.
Bildirilib ki, sükan arxasında məsuliyyətsiz davranış və yol hərəkəti qaydalarının pozulması təkcə sürücünün deyil, onunla birgə hərəkətdə olan ailə üzvlərinin, uşaqların və yaxınlarının həyatına ciddi təhlükə yaradı:
"Təəssüf ki, yollarda törədilən qayda pozuntuları çox zaman geri dönüşü mümkün olmayan faciələrlə yekunlaşır.
Xüsusilə vurğulamaq lazımdır ki, qəzaların ən ağır və acı tərəfi qaydaları pozan sürücülərin deyil, çox vaxt onların günahsız sərnişinlərinin – körpə uşaqların, valideynlərin və yaxınların həyatlarını itirməsidir. Bu isə yol hərəkətində hər bir kəsin məsuliyyətinin nə qədər böyük olduğunu bir daha göstərir.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına müraciət edərək bir daha xatırladır:
-sürət həddini aşmaq, qəfil və düşünülməmiş manevrlər yol-nəqliyyat hadisələrinin əsas səbəblərindəndir;
-yolayrıclarında diqqətli olmaq, digər nəqliyyat vasitələri və piyadalarla qarşılıqlı ehtiyatlı davranmaq təhlükəsizliyin təmin edilməsinin başlıca şərtidir;
-təhlükəsizlik kəmərindən istifadə etməmək isə qəza zamanı insan həyatını birbaşa təhlükə altında qoyur".

Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR












