“Sürücülər xəbərdarlıqlara və görülən tədbirlərə məhəl qoymur” - DYP Bakıda reyd keçirdi - VİDEO

Paytaxtın bir sıra küçə və prospektlərində fərdi nəqliyyat avsitələrinin idarəçiləri ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilib.
Avtosfer.az xəbər verir ki, bu gün ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan zolaqlarda digər nəqliyyat vasitələrinin sürücülərinin hərəkəti ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər keçirilib.
Yasamal, Nəsimi, Nizami, Nərimanov və Xətai rayonlarında keçirilən tədbirlər zamanı avtobusların hərəkətinə maneə yaradan sürücülər saxlanılaraq onlarla profilaktik söhbət aparılıb. Sürücülərə “Yol hərəkəti haqqında” qanunun tələblərinə riayət etməklə bağlı xəbərdarlıq edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının xəbərdarlığından sonra “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin yaxınlığında, metronun çıxışında taksilər avtobusların hərəkəti üçün nəzərdə tutulmuş ərazidən uzaqlaşıb.
Sürücülərə bu zolaqlarda hərəkət etmək üçün yalnız sərnişin mindirib-düşürməyə görə icazə verildiyi xatırladılıb.
Bakı şəhər DYPİ-nin bölmə rəisi Toğrul Nəsirli deyib ki, qaydaları pozan sürücülərlə bağlı qanunamüvafiq tədbirlər görülür:
“Dəfərlərlə həm media, həm də sosial şəbəkə subyektləri vasitəsilə edilən xəbərdarlıqlara, həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq, avtobus zolaqlarına daxil olaraq dayanma-durma qaydalarını pozmaqla avtobusların ləngiməsinə, eləcə də, ərazilərdə sıxlığın yaranmasına səbəb olurlar”.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təşkil etdiyi həmin maarifləndirmə tədbirindən görüntüləri sizə təqdim edirik:
Səfər
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










