Sürücülər yollardakı sıxlıqlardan əvvəlcədən xəbərdar ola biləcək - VİDEO

Sürücülər yollarda yaranan sıxlıqlar, qəzalar, aparılan təmir işlərindən əvvəlcədən xəbərdar ola biləcəklər.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə yol-nəqliyyat infrastrukturunun cari vəziyyətinin təhlil oluna bilməsi üçün yüksək dəqiqlikli 3D üç ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması işlərinə başlanılıb.
Xəritədə bütün yolların, zolaqların, yol nişanları və svetoforların, körpü və tunellərin, ünvan məlumatlarının əks olunması, həmçinin onların asanlıqla yenilənmə imkanının yaradılması nəzərdə tutulub. Bununla da yollarda yaranan problemlər (qəza, tıxac, təhlükəli hallar və s.) barədə sürücülər tərəfindən DİN NİİM-ə elektron qaydada məlumatların ötürülməsi və mobil telefonların orta sürət sensoru qismində istifadəsi təmin ediləcək. Böyük Britaniyanın və Türkiyənin coğrafi informasiya sistemləri üzrə təcrübəli mütəxəssislərinin cəlb edildiyi layihə çərçivəsində Bakı şəhəri üzrə 6 min 235 km ərazidə çəkilişlər aparılıb.
Hazırlanmış xəritə məlumatları vətəndaşlar tərəfindən istifadə ediləcək mobil tətbiqdə öz əksini tapacaq. Adıçəkilən tətbiq vasitəsilə vətəndaşlar xəritə üzərində müvafiq ərazilərdə aparılan təmir işlərinin, qəza hadisələrinin, tıxacların olmasını müşahidə edə biləcəklər. Bununla yanaşı, gələcəkdə tətbiq vasitəsilə vətəndaşların videomüşahidə kameraları vasitəsilə yollardakı vəziyyətə real vaxt rejimində baxış keçirə bilməsi də mümkün olacaq. Ümumilikdə mobil tətbiqin gələn il ərzində istismara verilməsi nəzərdə tutulur.
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










