Sürücüləri qorxudan innovasiya: Elektron protokollar necə tərtib olunur?

Yol polisi 4 Fevral 2021 16:11 Oxunub 1366
Sürücüləri qorxudan innovasiya: Elektron protokollar necə tərtib olunur?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dövlət Yol Polisi əməkdaşları tərəfindən vətəndaşlara tətbiq olunan protokollar artıq electron qaydada tərtib edilir. Bəs, bu proses necə bir sistem, texnologiya əsasında həyata keçirilir? Hər iki tərfə üçün hansı üstünlükləri ehtifa edir?

Mövzu ilə bağlı ted.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bir neçə ildir, protokollar elektron qaydada tərtib olunur və xeyli üstünlükləri var: “Əllə yazılan protokol çox vaxt aparır. Protokolun mərkəzi informasiya sistemində görünməsi gecikir. Əməkdaş iş gününün sonunda aparıb protokolları təhvil verir. Sonra kimsə oturub həmin protokolları bir-bir sistemə işləyir. Bunlar hər biri vaxt tələb edir. Buna görə də Daxili İşlər Nazirliyi protokolların elektron tərtibinə keçərək vəziyyətdən müsbət mənada çıxdı. Bu təcrübə dünyanın əksər ölkələrində var. Sırf insanların vaxt itkisinə məruz qalmaması əsas götürülür. İnternet əsri olduğunu nəzərə alsaq, bu imkanlardan səmərəli istifadə zərurəti yaranır. Elektron protokol o deməkdir ki, inspektor cəmi bir dəfə - protokolu tərtib edərkən vaxt itirir və ikinci şəxsə ehtiyac qalmır”.

 

Mütəxəssis bununla yanaşı qanuna edilən dəyişikliklərdən də söz açıb: “Dəyişikliklərin əsas mahiyyəti ondan ibarətdir ki, vətəndaş etiraz edirsə, qərar verilə bilməz. Yəni, inspektor qayda pozan şəxsə protokol tərtib edir, sürücü  buna etirazını bildirirsə, inspektor onu qərar şəklində vurmur, sadəcə protokol yaradılır. Bu halda qərar qəbul etməyə görə, polis əməkdaşına qarşı təxminən 150-200 manat cərimə nəzərdə tutulub. Təklif edirik ki, həmin protokola vətəndaşın qeyd yaza bilməsi üçün imkan yaradılsın. Daha sonra təbii ki, vətəndaşı aidiyyəti üzrə yol polis şöbələrinə dəvət edilir. burada məsələ vətəndaşın iştirakı ilə araşdırılır. Beləliklə vətəndaş haqsızdırsa, təbii ki, onun əleyhinə qərar qəbul olunur və o cərimə ödəməli olur”.

 

E.Muradlı bildirib ki, elektron protokol sırf bort kompüterlər vasitəsilə tərtib olunur və üstün cəhətləri çoxdur: “DİN son vaxtlar bu imkanlardan çox səmərəli istifadə edir. Pandemiya dövründə karantin postlarında vətəndaşların yoxlanılması üçün əməkdaşlara xüsusi planşetlər paylanıldı. Vətəndaş şəxsiyyət vəsiqəsini yaxınlaşdıran kimi oxuyaraq şəxsin icazəsi olub-olmadığını yoxlayırdı. DİN birinci sərt karantin dövründə bunu tətbiq edə bilməsə də, sonradan çox uğurlu şəkildə yararlandə. Hətta istənilən polis əməkdaşı rəhbərliyin icazəsi ilə bu sistemi öz telefonuna yazıb smartfon vasitəsilə də yoxlaya bilirdi. Hazırda yol polisinin mərkəzi informasiya sistemi var. 15 il öncə bu, kimsənin ağlına gəlməzdi. Amma bu gün vətəndaşlar əllə müdaxilə olmadan, elektron qaydada cərimələnir. Bu cür innovativ texnologiyalardan səmərəli istifadə vaxt itkisini minimuma endirir”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh