Sürücülərin nəzərinə: Bu avtomobillər radara düşəcək - VİDEO

Texniki baxışdan keçməyən avtomobillər radarla müəyyən ediləcək və sürücülər cərimə olunacaqlar. Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bununla bağlı təkliflər hazırlanaraq Milli Məclisə göndərilib. Təyin olunmuş müddət ərzində texniki baxışdan keçməyən nəqliyyat vasitəsi müşahidə kameraları vasititəsi ilə aşkar ediləcək və sonra yazılan protokola əsasən 10 günün tamamında yolda patrul əməkdaşı həmin avtomobili saxlayıb sürücüyə cərimə yazacaq. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, cəzaların sərtləşdirilməsində əsas məqsəd nasaz avtomobillərin istismarı nəticəsində baş verən yol qəzalarının sayını azaltmaqdır.
Hazırda texniki baxışdan keçmək üçün dövlət rüsumu 20 manatdır. Texniki baxışdan keçməməyə görə cərimə isə 50 manatdır və cərimə yazılandan sonrakı 10 gün ərzində yenə texniki baxışdan keçmədikdə sürücü bir daha 50 manat cərimə olunacaq.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












