Sürücülərin nəzərinə: eyni protokol 20 gün sonra yenə yazıla bilər

Son günlər avtomobilini sığorta etdirməmiş sürücülərə ardıcıl elektron protokolların gəlməsi narazılıqlar yaradıb. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, bəzi sürücülər sığorta etdirmədikləri nəqliyyat vasitəsinə görə ay ərzində iki protokol aldıqlarını bildiriblər. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev məsələ ilə bağlı bildirib ki, bu ilin iyun ayından etibarən avtonəqliyyat vasitələrini sığorta etdirməyən sürücülər barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılıb: “Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən, sürücü avtomobilini sığortalatmayıbsa, bu nəqliyyat vasitələri yol hərəkətində iştiraka buraxılmamalıdırlar. Sığorta müqaviləsinin bağlanmamasına görə, İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən, fiziki şəxslər əlli, vəzifəli şəxslər yüz, hüquqi şəxslər isə üç yüz manat məbləğində cərimə edilirlər. Hazırda foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə bu avtomobillər aşkar edilir. Elə buna görə də Baş DYP İdarəsi sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamış avtonəqliyyat vasitələrinin sahibləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlayıb”.
K.Əliyev əlavə edib ki, icbari sığortadan keçməmiş avtomobilləri artıq yol polisi saxlamır: "Onları elektron vasitələrlə müəyyən edirlər, Bundan sonra, protokollar tərtib edilir və ünvana göndərilir. Mövcud qanunvericiliyə əsasən, nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Lakin, həmin xətanın aşkarlandığı gündən hesablanaraq 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmazsa, hər verilən müddət keçdikcə avtonəqliyyat vasitəsinin sahibi barəsində inzibati xəta haqqında təkrar elektron protokollar tərtib ediləcək. Yəni 2 ay ərzində icbari sığortata müqaviləsi bağlamamış avtomobil sahibinə 3 dəfə ayrı-ayrılıqda cərimə protokolu gələ bilər və bu zaman ümumi cərimə məbləği 150 manat təşkil edəcək”.
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ










