Sürücülük vəsiqəsi və digər vacib sənədlər YENİ QAYDADA veriləcək

Daxili İşlər Nazirliyi (DİN) bir sıra xidmətlərin (sənədlərin) təkmilləşdirilməsi üzrə layihə hazırlayıb.
Avtosfer.az xəbər verir ki, DİN vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlət xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq, o cümlədən ölkəmizin rəqəmsal transformasiya prosesini sürətləndirmək məqsədilə bir sıra xidmətlərin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb.
Təkliflərdə şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin sənədlərin qəbulu mərhələsinin rəqəmsallaşdırılması nəzərdə tutulmaqla vətəndaşlar həmin xidmətlər üzrə ilkin müraciətlərini dövlət qurumlarına getmədən, onlayn şəkildə də təqdim edə biləcəklər.
Bu təşəbbüs “ölkənin rəqəmsal hökumət” modelinin daha da güclənməsinə, dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına və vətəndaş məmnunluğuna xidmət edəcək, eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verəcək.
Xətt yoxdur, cərimə var? - RƏSMİ CAVAB - VİDEO
Polis “Şamaxinka”da tıxac problemini bu cür həll etdi - Yeni svetoforlar - VİDEO
"Mərkəz Binəqədi" ərazisindəki nəqliyyat xaosuna RƏSMİ MÜNASİBƏT - VİDEO
Yol polisi küləyə və yağışa görə sürücülərə xəbərdarlıq etdi - DİQQƏT
Robot yol polisləri fəaliyyətə başladı - FOTO - VİDEO
"Yağıntılı və dumanlı hava gözlənilir" - DYP-dən VACİB AÇIQLAMA
Azərbaycanda yol qəzalarında ölənlərin sayı azaldı - DYP-dən AÇIQLAMA
Sürücülərin çoxu bunu bilmir - DYP təkərlərlə bağlı tələbləri açıqladı - FOTO
Polis təhlükə yaradan piyadalara qarşı tədbir keçirdi - FOTO - VİDEO
Abşeron polisi gecə reydi keçirdi; narkomanlar, “avtoş”lar və axtarışda olanlar saxlanıldı - FOTO - VİDEO
Bakıda yol polisi məmuru saxlayıb PPX çağırdı - Məhkəmə bəraət verdi











